Əsas Səhifə > Güney Press, Şou-biznes > “Həyat yoldaşı adada, Günay gəzintidə”

“Həyat yoldaşı adada, Günay gəzintidə”


7-03-2014, 11:57
“Həyat yoldaşı adada, Günay gəzintidə”
Türkiyə mətbuatı aktyor Tolqa Karellə evli olan azərbaycanlı model Günay Musayevanın gecə həyatından yazıb.

Axşam.az-ın məlumatına görə, məqalədə həyat yoldaşı "Survivor" yarışması üçün Dominikan Respublikasında olan Günayın gecəyarısı klubda görüntüləndiyi vurğulanıb:

“Azərbaycanlı model Günay Musayeva gecə yarısı Harbiyədəki klubda idi. Həyat yoldaşı Tolqa Kareli “Survivor” yarışması üçün Domonikana yollayan Günay dostları ilə subaylığın dadını çıxarıb. 1 uşaq anası olan gözəl model “Həyat yoldaşım üçün çox darıxmışam, amma əylənmək də lazımdır" deyib”.

Türk mediasının bu xəbərinə əsəbiləşən Günay belə bir açıqlama vermədiyini bildirib. Modelin Zeynəb adlı yaxın rəfiqəsi G.Musayevanı ad gününə dəvət etdiyini, amma orada media nümayəndələrinin olmadığını bildirib:

“Günayın adından yazılan bu xəbər yalandır. Mənim dəvətimlə mərasimə qatılıb. Mediaya heç bir açıqlama verməyib. Sosial şəbəkədə paylaşdığımız fotolardan istifadə edərək belə bir xəbər uydurulub”.

Geri qayıt