Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şamaxıda müəllim və şagirdlər etiraza qalxdılar

Şamaxıda müəllim və şagirdlər etiraza qalxdılar


6-03-2014, 12:03
Şamaxıda müəllim və şagirdlər etiraza qalxdılar
Martın 6-da Şamaxının mərkəzində 2 saylı orta məktəbin şagird və müəllimləri etiraz aksiyası keçiriblər. Onlar məktəbdən çıxraq, İcra Hakimiyyətinin binası qarşısına yürüş ediblər. Polis aksiyanın qarşısını almaq üçün səfərbər olunub. Şagird və müəllimlər daha sonra məktəbin həyətinə yığışıb və etirazlarını oarada davam etdiriblər.
Etiraza səbəb isə məktəbin direktoru İslam Baxışovun tutduğu vəzifədən azad edilməsidir. Rayondakı mənbələrdən azadliq.info-ya verilən məlumatda deyilir ki, İslam Baxışov məktəb kollektivinin hörmət bəslədiyi, ümumiyyətlə rayonda xüsusi nüfuza və ehtirama malik olan şəxsdir. Müəllim və şagirdlər onun direktorluqdan çıxarılması ilə razılaşmırlar.
\\ azadliq.info \\
Geri qayıt