Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvanda ZOR GÜCÜNƏ QƏZET SATIŞI...

Naxçıvanda ZOR GÜCÜNƏ QƏZET SATIŞI...


21-02-2024, 11:58
Naxçıvanda ZOR GÜCÜNƏ QƏZET SATIŞI...
Naxçıvanın bəzi məktəblərində direkrorlar şagirdləri “Məktəbli” adlı qəzeti almağa məcbur edirlər. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup valideyin məlumat verib. Onların sözlərinə görə, bu yaxınlara kimi, qəzet məktəblilərə könüllü almaq üçün təklif olunurmuş. Lakin, yanvardan etibarən hər şagir ayda ən azı bir dəfə bu qəzeti almağa məcbur edilir.
“Məktəbli” qəzeti 2023-cü ildə Naxçıvan şəhərində təsis edilib və ilk sayı həmin ilin sentyabr ayında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub. Aydaiki dəfə işıq üzü görən qəzetin kimə məxsus olması ilə bağlı məlumat tapmaq mümkün olmayıb.

Naxçıvanda ZOR GÜCÜNƏ QƏZET SATIŞI...

Lakin, valideynlər iddia edirlər ki, bu qəzetin arxasında yüksək vəzifəli məmurlardan biri dayanır:
“Kimsə varlanmaq üçün məktəbləri hədəf götürüb, təsis etdiyi qəzeti məcburi qaydada məktəblərdə satdırır. Bu, yol verilməzdir. Əslində satış könüllü olmalıdır. Yanvar ayına qədər belə idi. Bu il başlayandan isə artıq şagirdlər qəzet almağa məcbur edilir. Məktəblərdə minlərlə şagird var. Bu, o deməkdir ki, hər ay kimlərinsə cibinə minlərlə manat vəsait girir”.
Valideynər bildirirlər ki, qəzetin satışının təşkili məktəb drektorlarına tapşırılıb. Üç məktəbli anası olan B. Səfərova deyir ki, eyni nüsxəli qəzet övladlarının hər üçünə satılır:
“ Məcbur edirlər qəzet al. Mən eyni qəzetdən 3 nüxsə nədən almalıyam. Bu könüllü olmalıdır. Direktorlar sinif rəhbərlərinə tapşırıb ki, hamı almalıdır. Belə görünür ki, ya qəzet satışından gələn gəlirdən direktorlara da pay çatır, ya bu qəzet yüksək vəzifə tutan hansısa məmurundur, ya da satışda təhsil nazirinin də payı var”.
Qəzetin maraqlı və məktəblilər üçün bilik mənbəyi olduğunu hesab edən valideynlər də var. Lakin, onlar da məcburi satışın əleyhinədirlər:
“Qəzetdə şagirdlərin öyrənə biləcəyi çox şey var. Həm də şagirdlərin hansısa uğurunun mətbuatda getməsi uşaqlar arasında rəqabət və həvəs yaradır. Lakin, satış məcburi olmamalıdır. Təəssüf ki, yuxarının tapşırığı və tələbi ilə məktəblər şagirdləri qəzet almağa məcbur edir”.

Geri qayıt