Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Uşağımın psixologiyası pozulub, hazırda məktəbə getmir..."

"Uşağımın psixologiyası pozulub, hazırda məktəbə getmir..."


14-02-2024, 15:52
"Uşağımın psixologiyası pozulub, hazırda məktəbə getmir..."
"249 saylı məktəbin 3-cü sinifində təhsil alan qızımı müəllim tərəfindən mütəmadi fiziki və psixoloji şiddətə məruz qaldığı üçün məktəbdən uzaqlaşdırmaq məcburiyyətində qalmışam". dia-az.media bildirir ki, bunu öz paylaşımında jurnalist Günel Musa qeyd edib.

Jurnalist üzləşdiyi problemlə bağlı daha sonra vurğulayır: "8 yaşlı uşağa 23 uşağın içində "sənin qız boynunu yerə soxum", "fikankəsin barmağı gözünə girsin" kimi sözlər deyirdi. Dəmir xətkeşlə vurub əlini yaralayıb... uşağın əli irinləmişdi.

Uşağımın psixologiyası pozulub. Hazırda məktəbə getmir. Bir aydır bir ruhi xəstə müəlliməyə görə mənim uşağım təhsildən yayınıb. Amma o müəllim işinə davam edir. Sistem də açıq olmadığı üçün uşağı başqa məktəbə yerləşdirə bilmirəm.

Bir valideyn olaraq mən nə etməliyəm? Aidiyyati qurumdan övladımın təhsilini bərpa etməsini tələb edirəm..."

Məsələ dia-az.media olaraq diqqətimizdədir...

Geri qayıt