Əsas Səhifə > Güney Press, Şou-biznes > Azərbaycanlı qız Türkiyədə oxuduğu mahnı ilə hamını heyrətləndirdi

Azərbaycanlı qız Türkiyədə oxuduğu mahnı ilə hamını heyrətləndirdi


5-03-2014, 10:00
 Azərbaycanlı qız Türkiyədə oxuduğu mahnı ilə hamını heyrətləndirdi
Türkiyənin özəl telekanallarından birində nümayiş olunan mahnı yarışmasının azərbaycanlı iştirakçısı növbəti müsabiqəyə keçdi.

AZXEBER.COM-un məlumatına görə, Gülnar İdrisova ifa etdiyi “Ayrılıq” mahnısı ilə yüksək performans nümayiş etdirib. Kanal “D”-də “X Factor: Star İşığı” müsabiqəsində 12 rəqibə qarşı mübarizə aparan Gülnar İdrisova proqramın formatına uyğun olaraq 6 kreslodan birində oturmaq hüququ qazanıb.

G. İdrisovanın ifası münsiflər heyətinin 4 üzvü – Armağan Çağlayan, Ziynət Sali, ƏmrəAydın və Ömər Qaracan tərəfindən də bəyənilib. Azərbaycanlı müğənninin ifası auditoriya tərəfindən də uzun müdət alqışlanıb.



Geri qayıt