Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanda `HƏDƏF` QALMAQALI...

Naxçıvanda `HƏDƏF` QALMAQALI...


18-01-2024, 11:54
Naxçıvanda `HƏDƏF` QALMAQALI...
Naxçıvanda şagirdlərin „Hədəf Kursları”nın hər ay orta məktəblərdə təşkil etdiyi sınaq imtahanlarında iştiraka məcbur edilməsi ilə bağlı dünən paylaşdığımız xəbər geniş ictimai rezonansa doğurub. Valideyinlər bildirmişdi ki, şagirdlərin pul qarşılığında imtahanlarda iştirakının məcburi olması ilə bağlı qərarı yerli Təhsil Nazirli qəbul edib.
Paylaşımın şərh bölümünə yazan çoxsaylı valideynlər xəbəri təsdiq etsələr də, Naxçıvan MR Təsil Nazirli və Hədəf Kursları iddiaları təkzib edən bəyanatlar paylaşıblar. Hədəf Kurslarına ünvanladığımız sualların cavablarına görə isə, Naxçıvan məktəblərində bu kursun adından keçirilən bəzi mtahanlardan onların ümumiyyətlə xəbərləri olmayıb.

Naxçıvanda `HƏDƏF` QALMAQALI...

Məsələn, Şərur rayonunun Ələkli, Qurçulu və Tumaslı kənd orta məktəbləri rəsmi Facebook səhifələrində qeyd olunub ki, bu məktəblərdə dekabrın 3-də Hədəf Kurslarının imtahanları keçirilib. Valideyinlər həmin imtahanlarda da şagirdlərin iştirakının məcburi olduğunu bildirmişdilər. Hədəf Kurslarından „Gündəlik Naxçıvan“a verilən məlumata görə isə, onların bu imtahanlardan xəbərləri yoxdur və onlar heç vaxt heç kimi iştiraka məcbur etməyiblər:
“Azərbaycan üzrə keçirdiyimiz bütün imtahanlar haqda rəsmi səhifəmizdə məlumatlar paylaşırıq. Biz dekabrın 3-də Naxçıvanda, eləcə də Şərur rayonunun məktəblərində heç bir imtahan keçirməmişik. Həmin tarixdə bizim adımızdan imtahan keçirilməsini indi eşidirik. Biz bunu araşdıracağıq. Biz heç kimi imtahanlara məcbur etmirik və kiminsə məcbur etməsi haqda məlumatımız yoxdur. Əgər, kimlərsə bizim imtahanlarda iştiraka məcbur edilirsə, xahiş edirik ki, dərhal bizim səhifəyə rəsmi şikayətlərini yazsınlar“.
Şirkətdən həmçinin bildirdilər ki, bəzi fərdi şəxslər onların hazırladığı sualları alıb, məktəblərdə imtahanlar keçirirlər:
“Bu tam qanunidir. Bizdən alıb, kimə, necə satırlar, bu bizim problem deyil. Biz heç kimlə əlbir deyilik və əlimizdə də elə imkanlar yoxdur ki, hansısa məktəbdə şagirdləri imtahana məcbur edək. İndiyə kimi eşitməmişik də ki, nazirlik, ya kimsə şagirdləri məcbur etsin. Bizim hədəfimiz şagirdlərin təhsilinə dəstək verməkdir. Bizim uğurlu işlərimiz göz qabağındadır. Bu cür anlaşılmamazlıqlar bizim uğurlarımıza kölgə salır. Biz şəhid övladlarına xüsusi qayğı göstəririk. İstənilən şəhid övladı bizim kurslara yaxınlaşıb, pulsuz təhsil ala bilər. Biz onlardan imtahan üçün də pul almırıq”.
Naxçıvan MR Təhsil Nazirliyi şagirdlərin imtahanlara məcbur edilməsi iddialarını təkzib etsə də, onların yaydığı bəyanatda əsas suallara aydınlıq gətirilməyib. Həmin bəyanatla nazirliyin səhifəsində tanış ola bilərsiniz.

Geri qayıt