Əsas Səhifə > Güney Press, Manşet, Reklam > Yenə də `Azercell`... yenə də giley...

Yenə də `Azercell`... yenə də giley...


11-01-2024, 09:06
Yenə də `Azercell`... yenə də giley...
"Şikayətim "Azercell"dəndir. İstəsən tarif paketi ilə 2GB insatgram və facebook, 1GB whatsapp, 3GB isə ümumi internet almışam. Lakin instagram istadə etdiyim halda ümumi internetimdən istifadə edilirdi və 3gb paket bitdikdən sonra hələ də 2gb paketin 80% i qalır və çox zəif sürətlə istifadə etmək olur( buna istifadə demək mümkündürsə)..." Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Kərəm Əzəmmədov adlı istifadəçi giley edir.

Yenə də `Azercell`... yenə də giley...

Narazı vətəndaş daha sonra qeyd edir: "Eyni formada "whatsapp" üçün olan 1 gb internet isə demək olar işləmir.

Video və s... göndərmək mümkün deyil. "Azercell chat" vasitəsi ilə yazdıqda, mənə müraciətin qeyd olunduğunu və geri dönüş ediləcəyi bildirilsə də, geri dönüş də etmirlər..."

dia-az.media

Geri qayıt