Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vurulan komitə sədri icra başçısı olmaq istəyirmiş

Vurulan komitə sədri icra başçısı olmaq istəyirmiş


26-02-2014, 12:13
Vurulan komitə sədri icra başçısı olmaq istəyirmiş
DİA.AZ: - Dini qurumlarla iş üzrə dövlət komitəsinin sabiq sədri Rafiq Əliyev vəhabi cameəsinin elə həssas nöqtələrinə toxunub ki, hələ də sabiq məmura qarşı ittiham yağışı bitib-tükənmək bilmir. Bu gün də DİA.AZ-a eyni qaynaqlardan yeni müraciət daxil olub. Və müraciət müəllifi Rafiq Əliyevi yenə də vəhabilərdən qazanc götürməkdə ittiham edirlər.

Müraciəti diqətinizə təqdim edirik: “Rafiq Əliyev neçə ildir DQİDK yenidən sədr təyin edilmə xülyaları ilə yaşayır. Düzdür, Rafiq Əliyev DQİDK-dən uzaqlaşdırıldıqdan sonra Ramiz Mehdiyev cənabları ona icra başcısı təyin etmə sözü vermişdi. Nədənsə o da alınmadı. Çünki Rafiq Əliyev dövlət başçısının qəzəbinə tuş qəlmişdi.

Rafiq Əliyev düz iki ayır ki, köhnə komandası ilə “İrşad Hotelində” yerləşən İrşad Araşdırmalar Mərkəzinin ofisində görüşlər keçirir. Son görüş keçən cümə olmuşdu. Görüşə gələnlələr bir baxın. Nurçu Elşad Miri, Sələfi Elmir Quliyev, DQİDK-nin ekspert şöbəsinin sabir rəisi Ceyhun Məmmədov (Elşad İagəndərov ilk Ceyhun Məmmədovu işdən azad etmişdi) və Rafiq Əliyevin komitədə sağ əli olmuş Səməd Bayramzadə.

Bu görüşlər nə üçündür? Elə bilirsiniz elmi araşdırmalar üçün? Yox elə deyil.

Rafiq Əliyevə yaxın olduğum zamanda Allahşükür Paşazadə barədə topladığı məlumatları özüm şəxsən görmüşəm. İndiyə kimi Allahşükür Paşazadə barədə mediaya sızdırılan məlumatların çoxu doğru olsa da, pulların məbləği şişirdilmişdir. Çox qəribədir ki, Rafiq Əliyevin sədr olduğunda Şeyx barədə topladığı məlumatlarla dünənə gədər mediada Şeyx barədə yayılan məlumatlar üst-üstə düşür.

Rafiq Əliyevin planını çox yaxşı bilirəm, çünki iş sistemini və hal hazırda da yanında olan ilahiyatçıların kimlər olduğunu və nə işlərlər məşğul olduqlarını da bilirəm.

Rafiq Əliyev ilk öncə Şeyxi gözdən saldı, sonra DQİDK sədri Elşad İsgəndərovu gözdən saldı və ona iranpərəst damğasını məharətlə vurdu. Rafiq Əliyev sovet vaxtında “KQB” əməkdaşı olduğu üçün belə işləri çox məharətlə həyata keçirə bilir. Hal-hazırda Azərbaycanda bütün məscidlərdə Elşad İagəndərovun iranpərəst olduğu danışlır və əsasən sünnilər buna tam yəqinliklə inanırlar.

Rafiq Əliyev gözləyirdi ki, Elşad İsgəndərov DQİDK sədirliyindən azad ediləcək və nüfuzu zəifləmiş Şeyx onun yenidən DQİDK sədri seçilməsinə mane ola bilməyəcək. Rafiq Əliyev dövlətdəki adamları ilə bu barədə məsləhətlər aparırıdı. Amma bir az tələsdi. Rafiq Əliyev nəyə görə məhz bu günlərdə mediaya açıqlama verdi və Elşad İsgəndərov barədə elə təsəvvür yaratdı ki, Elşad sədr təyin edildikdən sonra Azərbaycanda dini durum pisləşmişdir.

Tələsdi, ona görə ki, sələfiləri ittiham etməklə özünə yaxşı etmədi. Mən də onun sədr olduğu zamanındakı və hazırdakı gizli işlərini açıqladım”.


Geri qayıt