Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İl sona çatır... DƏLƏDUZLAR DA İŞ BAŞINDADIR...

İl sona çatır... DƏLƏDUZLAR DA İŞ BAŞINDADIR...


21-12-2023, 08:57
İl sona çatır... DƏLƏDUZLAR DA İŞ BAŞINDADIR...
"İlin sonuna az qalıb. "Həmrəylik" sözünü "həmrəlik", "dekabr" sözünü "dekabır" kimi yazaraq bir məktubda onlarla səhv buraxan bəzi fırıldaqçı İctimai Birliklər şirkətlərə məktub göndərir, hesablarına pul köçürülməsini istəyir.

Bütün iş adamlarından, şirkət rəhbərlərindən, pul köçürmək imkanı olan hər kəsdən Yeni il qabağı ianə edəcəkləri məbləğləri illərdir hesabat verməyən, xərclərini cəmiyyətə şəffaf şəkildə təqdim etməyən, nömrəsiz maşınlarla 30 ildir şirkətlərə gedib pul yığan, topladıqları pullarla özlərinə obyekt tikən, biznes quran QHT və İctimai Birliklərə deyil, YAŞAT Fonduna və #NaxçıvanDəstəkFondu*na köçürmələrini rica edirəm.

YAŞAT Fondu Ali Baş Komandanın sərəncamıyla yaradılıb, köçürmələr və xərclər şəffaf şəkildə cəmiyyətə açıqdır".

Müəllifə: Əlibəy Elyar İslamoğlu, şəhid qardaşı, ictimai fəal
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt