Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gömrük Komitəsinin ALAYARIMÇIQ İŞİ...

Gömrük Komitəsinin ALAYARIMÇIQ İŞİ...


25-11-2023, 11:43
Gömrük Komitəsinin ALAYARIMÇIQ İŞİ...
Sədərk Gömrük Məntəqəsində „sürətli keçid“ adı altında vətəndaşlardan rüşvət alınması ilə bağlı „Gündəlik Naxçıvan“ın ictimailəşdirdiyi reportaja DGK cavab verib. Lakin, bəyanatda konkret rüşvət faktları ilə bağlı deyilənlərə tam aydınlıq gətirilməyib.
Avtomobil sürücüləri „Gündəlik Naxçıvan“a bildirmişdi ki, gömrük əməkdaşları süni növbə yaradaraq, onları „sürətli keçid“ üçün 50 manat ödəməyə məcbur edirlər. Onlar həm nağd, həm də onlayn ödədikləri pulun müqabilində heç bir qəbz ala bilmədiklərindən şikayət edirlər. Elə, bu səbəbdən sürücülər ehtimal edir ki, onlardan alınan pul dövlət büdcəsinə yox, ciblərə axır.

Gömrük Komitəsinin ALAYARIMÇIQ İŞİ...

DGK isə bəyanatında “Sürətli keçid” xidmətinin qanuna uyğun tətbiq olunduğunu vurğulayıb:
“Nəqliyyat vasitəsinin növündən, yükün xüsusiyyətindən və sürücü daxil olmaqla sərnişinlərin sayından asılı olaraq əvvəlcədən Komitənin internet səhifəsi, “Smart Customs” mobil tətbiqi üzərindən qeydiyyatdan keçməklə yuxarıda qeyd olunan xidmətlərdən istifadə etmək mümkündür. Xidmətlərdən faydalanmaq üçün tələb olunan ödənişlər nağdsız şəkildə onlayn qaydada həyata keçirilir. Ödənişin nağd qaydada həyata keçirilməsi isə, ümumiyyətlə texniki olaraq mümkün deyil”.
Bu bəyanatdan bəlli olur ki, DGK gömrükdə araşdırma aparmadan, əməkdaşlarını müdafiə məqsədi ilə bu açıqlamanı verib. Ümumi məlumatlardan ibarət olan bu açıqlamada şikayətçilərin konkret ittihamlarına cavab verilmir.

Mənbə: „Gündəlik Naxçıvan“
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt