Əsas Səhifə > Güney Press, Reklam > Bakı Ali Neft Məktəbinin “AZE 86.6” komandası Panamada Azərbaycanı təmsil edir

Bakı Ali Neft Məktəbinin “AZE 86.6” komandası Panamada Azərbaycanı təmsil edir


7-11-2023, 10:28
Bakı Ali Neft Məktəbinin “AZE 86.6” komandası Panamada Azərbaycanı təmsil edir
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “AZE 86.6” komandası Panama
Respublikasında keçirilən Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil edir.

“AZE 86.6” komandasının üzvləri BANM-in Kompüter mühəndisliyi ixtisasının tələbələri
Əlehsan Əliyev, Emin Orucov və İsmayıl Mirzəağayevdir.

Qeyd edək ki, BANM tələbələri Bakıda VI Robot Olimpiadasının final mərhələsində
“Future Engineers” kateqoriyasında I yerin qalibi olub və Panamada keçiriləcək final
mərhələsində təmsil olunmaq hüququ qazanıblar.

Dünya Robot Olimpiadasının keçirilmə tarixi 7-9 noyabrdır.



ŞƏRHİMİZ: Bakı Ali Neft Məktəbinin “AZE 86.6” komandasına uğurlar diləyirik...
Geri qayıt