Əsas Səhifə > Güney Press, Reklam > “Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır

“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır


3-11-2023, 12:35
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
DİA.AZ: - “Nar”ın dəstəyi ilə Bakıda ilk dəfə beynəlxalq “RIZIN” “Landmark 7” turniri təşkil ediləcək.
Böyük maraqla gözlənilən MMA üzrə turnir 4 noyabrda Milli Gimnastika Arenasında baş tutacaq.
Turnirə dünyanın 13 ölkəsindən tanınmış peşəkar idmançılarla yanaşı, dünya şöhrətli yerli
idmançılarımız da qatılacaq.

DİA.AZ bildirir ki, “Nar” turnirin əsas dəstəkçisi olmaqdan qürur duyur və bütün idmançılarımıza uğurlar arzulayır.
Qeyd edək ki, tədbirin təşkilatçıları Azərbaycan Gənclər və İdman Nazirliyi və RIZIN Döyüş
Federasiyası, rəsmi promoteri Bakı Şəhər Halqası Əməliyyat şirkətidir.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət
təqdim edir.

Geri qayıt