Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Onun da "şarjı" bitdi - Daha çevik və daha mobil nazirə ehtiyac var

Onun da "şarjı" bitdi - Daha çevik və daha mobil nazirə ehtiyac var


19-02-2014, 13:56
Onun da "şarjı" bitdi - Daha çevik və daha mobil nazirə ehtiyac var
DİA.AZ: - Bir müddət əvvəl mətbuatda belə bir xəbər yayıldı ki, Azərbaycanın xarici siyasət idarəsində də rəhbər dəyişikliyi həyata keçiriləcək. Yəni söhbət Elmar Məmmədyarovun görəvindən ayrılacağı ilə bağlı idi. Lakin sonradan bu məlumat öz təsdiqini tapmadı.

Amma buna baxmayaraq, Elmar Məmmədyarovun bir başqa şəxslə əvəzlənəcəyi məsələsi gündəmdən yığışmadı. Bu gün də redaksiyamıza çox etibarlı qaynaqlardan XİN başçısı ilə bağlı xəbərlər daxil olub. Məlum olur ki, xarici işlər naziri postuna həqiqətən də yeni bir kadr hazırlanır.

Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən aydın olur ki, Elmar Məmmədyarov artıq yola salınır və bu qərar yaxın vaxtlarda icra oluna bilər. Mənbə iddia edir ki, AXC iqtidarının kadrı kimi tanınan Elmar Məmmədyarovu yeni və gənc kadr əvəzləyəcək: “Bununla rəsmi Bakı xarici siyasətdə çevikliyə nail olmaq istəyir. Ümumiyyətlə, yeni nazirə XİN-də böyük dəyişikliklər üçün fürsət də tanınacaq”.

Qeyd edək ki, artıq belə bir dəyişiklik qərarının verilməsi iqtidar dəhlizlərində müzakirələrə yol açıb. Hətta iddia olunur ki, dəyişikliklər sırf olaraq Qarabağ probleminin savaş yolu ilə həllinə hesblanıb. Necə ki, Zakir Həsənov müdafiə naziri təyin edildiyi zaman bu qərar “MÜHARİBƏ KADRI VƏZİFƏ BAŞINA GƏLDİ” kimi təqdim olundu, hazırda da Məmmədyarovun yol üstündə olması anoloji qaydada qiymətləndirilir.

Geri qayıt