Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > DÖVLƏTİN PULUN YEYİBLƏR... HAMI QALIB AVARA...

DÖVLƏTİN PULUN YEYİBLƏR... HAMI QALIB AVARA...


18-10-2023, 00:40
DÖVLƏTİN PULUN YEYİBLƏR... HAMI QALIB AVARA...
DİA.AZ: - "Bakının Nərimanov rayonunun 8 nömrəli poliklinikasından giley-güzar var.Məsələ budur ki,TƏBİB tabeliyindəki bu tibb müəssisəsinə deyilənə görə 70 min pul ayırıb.Amma pulun hara,necə xərclənməsini bilən,deyən yoxdur.Poliklinikanın bütün telefonlarına zəng vurmuşam.Nə baş həkim cavab verir,nə də başqaları". DİA.AZ bildirir ki, bu barədə jurnalist Sima Babayeva məlumat verib.
Babayeva daha sonra bildirir: "Deyirlər poliklinikada hər şöbəyə tapşırılıb ki,öz ciblərinin hesabına otaqlarını düzəltdirsinlər.Həkimlərə yerə döşəmək üçün linoleum aldırırlar.Bir sözlə,dövlətin pulunun mənimsədildiyi iddia olunur.Məsələni dəqiqləşdirmək üçün poliklinikanın məsul bir şəxsi ilə əlaqə saxlamaq mümkün olmur.Əgər bu telefon nömrələrinə cavab verməyəcəksinizsə,onda nəyə görə boş-boşuna nömrələri saxlayırsınız? Təhvil verin,kimə lazımsa,o işlətsin.O qədər ehtiyacı olan var.
70 min az pul deyil.Deyilənlər həqiqətdirsə,ciddi qanun pozuntusudur.Yo,əgər düzgün məlumat deyilsə,o halda,zəhmət olmasa,8 nömrəli poliklinika rəhbərliyi bu vəsaitin necə,hara sərf olunması barədə sənədləri media orqanı olaraq bizə də göstərsin.Hər halda hər şey göz qabağındadır.Sənədlərə də baxaq,otaqlara,avadanlıqlara da. Başqa şikayət isə sığorta sistemi tətbiq olunandan sonra daha çox hallanır.Bu da həkimlərə xəstə qəbulundan verilən xidmət haqqı faizləri ilə bağlıdır.Bu məsələdə də ciddi narazılıqlar var.
Nərimanov rayonu 8 nömrəli poliklinikanın rəhbərliyini,TƏBİBi bu problemi araşdırıb məlumat verməyə çağırırıq".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt