Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 'Kristal Abşeron': Sakinlər artıq BOĞAZA YIĞILIB...

'Kristal Abşeron': Sakinlər artıq BOĞAZA YIĞILIB...


15-10-2023, 09:21
'Kristal Abşeron': Sakinlər artıq BOĞAZA YIĞILIB...
DİA.AZ: - "Şikayətim var... "Kristal Abşeron"un Xırdalanda yerləşən komendantlığından narazıyam" DİA.AZ bildirir ki, bu barədə "Şikayətim var" sosial qrupundakı paylaşımında Tural Abbasov adlı istifadəçi giley edir.

Narazı qalan vətəndaş daha sonra qeyd edib: "Şənbə-bazar demədən ərazidə tikintiyə icazə verirlər ki, bu da sakinlərin istirahətini, dincliyini pozmaqdadır. Şikayət bildirirsən, komendant atır günahı prorabın üstünə... Prorab da atır komendantln üstünə... Komendantla danışanda şikayət edirsən, deyir böyük-böyük danışma, ağıllı ol...

Qanunsuz kommunal borcuna görə vətəndaşın işığını kəsirlər... Azərişıq-a zəng edirsən, deyir bizlik deyil... komendantla danışın...

Heç bir kompleksdə belə qanunsuzluq yoxdur. Bunlardan kimə şikayət edəsən... kimə deyəsən... bilmirsən.

Dövlət qurumları niyə bunlarla maraqlanmır görəsən..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt