Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fars-molla rejiminin Bütöv Azərbaycan əndişəsi davam edir

Fars-molla rejiminin Bütöv Azərbaycan əndişəsi davam edir


18-02-2014, 13:10
Fars-molla rejiminin Bütöv Azərbaycan əndişəsi davam edir
DİA.AZ: - Deyəsən, bu millətin, yəni biz Azərbaycan türklərinin bəxti heç gətirməyib. Illərdir ki, Şimali (Quzey) Azərbaycanda superetnos olan Azərbaycan türkləri öz milli kimliklərini “azərbaycanlı” adı ilə örtmək zorunda buraxıldığı kimi, Güneydə - fars işğalı altında olan soydaşlarımıza da yeni ad pərçim edilməkdədir – İRANLI KİMLİYİ...

DİA.AZ bildirir ki, son zamanlar Güney Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatının aurası artıq fars-molla rejimini ciddi şəkildə təhdid etdiyindən davamlı şəkildə Azərbaycan türkünün milli-mədəni-tarixi dəyərləri saxtalaşdırılmaqdadır. Hətta rəsmi Tehranın təlimatı ilə Güney Azərbaycan şəhərlərində davaçlı olaraq təbliğat xarakterli tədbirlər də düzənlənir ki, onlardan biri də "İran Tarixi və Mədəniyyəti Mərkəzi"nin və "Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar İnstitutu"nun təşəbbüsü ilə keçirilən “elmi konfranslardır”. Əslində bu konfransların nə elmə, nə də həqiqətə hansısa formada aidiyyatları yoxdur. Necə ki, düşmən Ermənistan işğal etdiyi Qarabağın erməni torpağı olduğunu sübutlamaq üçün gündə bir yalan uydurur, eləcə də fars-molla rejimi eyni üsulla Güney Azərbaycanın işğalına bəraət qazandırmağa çalışır.

“AranNews” portalında yer almış həmin cəfəngiyyatlardan birini diqqətinizə təqdim edirik: “Təbriz Universitetinin İranTarixi və Mədəniyyət Mərkəzinin rektoru deyib: "Azərbaycan xalqı tarix boyu öz müstəqilliyini və iranlı kimliyini qorumaq üçün həlledici və təyinedici addımlar atmışdır".

"İslam İnqilabında Azərbaycanın Rolunun Araşdırılması" konfransında çıxış edən doktor Məhəmməd Əli Pərğu, Səfəvi dövlətinin yaranması və İranda şiə məzhəbini rəsmi olmasının elanının Təbrizin came məscidində baş tutmasına toxunaraq deyib: "İran öz tarixində qonşuları-Rusiya və Osmanlı imperiyaları ilə qarşılaşmada İranın milli və ərazi bütövlüyünün qorunmasında məzhəb əsas rol oynamışdır".

O, Rusiya çarlığının işğalçılığına, bu proqramda sovet hökumətinin rus çarlığına varis olmasına və İran ərazilərinə əl uzatmaq istəməsinə də işarə edərək deyib: "Bu məsələ İranda Azərbaycanı düşmənlə mübarizə mərkəzinə çevirdi".

Doktor Pərğu vurğulayıb: "Azərbaycan xalqı tarix boyu öz müstəqilliyini və iranlı kimliyini qorumaq üçün həlledici və təyinedici addımlar atmışdır və bu təkcə İran coğrafiyasında yaşayan azərilərə məxsus deyil".

O artırıb: Azərbaycanın rolu təkcə İrana aid olmamışdır. Azərbaycan İslam İnqilabının coşğun mərkəzi kimi İslam İnqilabının ruh bağışlayan mesajını qonşu məntəqələrə, o cümlədən Qafqaza və Azərbaycan Respublikasına ötürmüşdür və bu məntəqənin əhalisi, hətta Qafqazın qeyri-müsəlmanlar belə İran azərilərinin, xüsilə də Təbrizin 29 Bəhmən qiyamından zülmlə mübarizənin yollarını öryəndilər. Ona görə də sovet hökumətinin əsasları zəifləyən kimi Arazın o tayının əhalisi ürəklərində İran və İslama min ümid və sevgi ilə İrana ayaq basdılar”.


Geri qayıt