Əsas Səhifə > Güney Press, Reklam > “Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir

“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir


29-09-2023, 11:25
“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
DİA.AZ: - “Nar” yenilənmiş brend konsepsiyasını təqdim etdi. Brendin yeni yanaşmasının əsasında müştəriyönümlülük, sərfəlilik və əlçatanlıq prinsiplərini müştərilərə daha da yaxın etmək dayanır. Bu konsepsiya "Sənə ən yaxın" şüarını və canlı yeni rəng palitrasını təqdim edir.
DİA.AZ məlumat verir ki, “Nar”ın müştəri mərkəzli yanaşmasını vurğulayan "Sənə ən yaxın" şüarı mobil operatorun dəyərli abunəçilərə olan bağlılığını ifadə edir. Yeni rəng çaları-yaşılın təravətləndirici tonu isə müsbət dəyişikliklər, şəffaflıq və əlçatanlığa sadiqliyi əks etdirir.
Müştəriləriyönümlü mobil operator olan “Nar” “Sizə ən yaxın” prinsipini rəhbər tutaraq hər bir fərdi müştərinin unikal ehtiyaclarını qarşılamağa həmişə hazır olan etibarlı tərəfdaşdır. Müştəri mərkəzli bu yanaşma “Nar”ın əlçatanlıq, sərfəli qiymət və unikal mobil təcrübə axtaranlar üçün əsas provayder olaraq qalmasını təmin etmək öhdəliyinin göstəricisidir.

Geri qayıt