Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > AQTA buralara GÖZ ATSIN...

AQTA buralara GÖZ ATSIN...


25-09-2023, 12:09
AQTA buralara GÖZ ATSIN...
DİA.AZ: - "Üstündə pişik yatan videonu keçən il çəkib "OBA" Marketə rəsmi olaraq müraciət elədikdən sonra özləri zəng elədi,üzr istədi". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elşən Zakirli adlı istifadəçi bildirir.

Narazı vətəndaşın təqdim etdiyi ilk video: baxmaq üçün bura tıklayın...

Daha sonra narazı vətəndaş yazır: "Dəfələrlə xahiş elədilər ki,bu hal birdaha söz veririk təkrarlanmayacaq. Buna görə hətta marketin iş saatın belə dəyişdilər.

Bu gun saat 06:35 də yenidən marketin qabağından keçəndə götürəm ki, yenə eyni mənzərə (pişik məzuniyyətdədir) baş verir..."

Vətəndaşın təqdim etdiyi 2-ci video: baxmaq üçün bura tıklayın...

Daha sonra narazı vətəndaş AQTA rəhbərliyinə xitab edərək gileyini davam etdirir: "Hörmətli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, məsələ ilə bağlı zəhmət olmasa tədbir görün..."

DİA.AZ bildirir ki, vətəndaş olayın Yasamal, Kamal Rəhimov küçəsində yerləşən "Oba" marketdə - Yasamal ATS-in arxa tərəfində baş verdiyini iddia edir.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt