Əsas Səhifə > Güney Press, Reklam > “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!

“Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!


19-09-2023, 13:08
“Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!
DİA.AZ: - İndi siz köhnə smartfonunuzu “Nar” mağazalarında sərfəli qiymətə və rahat şəkildə sata bilərsiniz.
“Nar” mağazasında telefonunuzun dəyərləndirilməsi xüsusi tətbiq vasitəsilə, şəffaf və sürətli aparılır.
Tətbiq bir çox parametrlər üzrə smartfonunuzu yoxlayır və müvafiq qiyməti təyin edir. Smartfonunuzu
elə yerindəcə təyin olunmuş qiymətə təhvil verə və ödənişinizi dərhal əldə edə bilərsiniz. Üstəlik,
xidmətdən yararlanan hər bir “Nar” abunəçisi 30GB-dək internet bonusu əldə edəcək.
Bu xidmət Türkiyənin “EasyCep” şirkətilə “Nar”ın əməkdaşlığı çərçivəsində həyata keçirilir. Beləliklə,
“Nar” Azərbaycanda işlənmiş telefonların alışını rəsmi şəkildə həyata keçirməyə başlayan ilk mobil
operator oldu. Bu barədə DİA.AZ-a şirkətdən xəbər verilib.
Telefonunuzu sərfəli şəkildə satmaq üçün “Nar”ın Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən 19
eksklüziv diler mağazalarından birinə yaxınlaşmaq kifayətdir.
Qeyd edək, “EasyCep” Türkiyənin ən böyük yenilənmiş elektronik cihaz satış şəbəkəsidir. Şirkət mobil
telefon, planşet, noutbuk və bənzər cihazların sahibindən satın alaraq yenilənmiş şəkildə və zəmanətlə
şatışını həyata keçirir.
“Nar” və “EasyCep” şirkətləri arasında əməkdaşlıq müştərilərinə müxtəlif xidmətləri bir mərkəzdən
göstərmək və üstün müştəri təcrübəsini təmin etmək məqsədi daşıyır.

Geri qayıt