Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Həbsdə saxlanılan vətənpərvər jurnalistə vətənin məhbəsinini də DAR EDİBLƏR...

Həbsdə saxlanılan vətənpərvər jurnalistə vətənin məhbəsinini də DAR EDİBLƏR...


16-09-2023, 12:57
Həbsdə saxlanılan vətənpərvər jurnalistə vətənin məhbəsinini də DAR EDİBLƏR...
DİA.AZ: - Həbsdə saxlanılan vətənpərvər jurnalistə vətənin məhbəsinini də dar ediblər. Bu barədə DİA.AZ-a hazırda həbsdə saxlanılan tanınmış jurnalist Sənan Həsənoğlunun ailə üzvləri bildiriblər. Onların sözlərinə görə, S.Həsənoğlunun səhhətində problem olmasına baxmayaraq onun müalicəyə cəlb olunması saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən süni şəkildə əngəllənməkdədir.

Jurnalistin həyat yoldaşı Seyidova Nəzakət DİA.AZ-a açıqlamasında qeyd edib ki, Sənanın səhhəti günü-gündən pisləşsə də, Peniotensiar xidmətin bəzi işçilərinin qərəzi səbəbindən tanınmış jurnalist hələ də müalicəyə cəlb olunmayıb: "Sənan vətənini sevən bir adamdır. O dərdini kimə deməlidir? İndi Sənan müəlicə olunsun deyə, xarici ölkə səfirliklərinə ağız açmalıdır? Belə etməyin".

DİA.AZ bildirir ki, tanınmış jurnalist Sənan Həsənoğlu 1974-cü ildə Ağcabədidə anadan olub. Təfəkkür Universitetində jurnalistika ixtisasını bitirib. Uzun illər "Space", "Azad Azərbaycan" və "AztV"nin Qarabağ bürosu üzrə müxbir işləyib.

Qeyd edək ki, Sənan Həsənoğlu 9 fevral 2020-ci ildəki parlament seçkilərində 82 saylı Ağcabədi seçki dairəsindən namizəd idi.

***

Məsələ diqqətimizdədir... Qarşı tərəfi də dia.az olaraq dinləməyə hazırıq...

Geri qayıt