Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Neftçilər bayramlarını QEYD EDƏ BİLƏCƏKMİ?

Neftçilər bayramlarını QEYD EDƏ BİLƏCƏKMİ?


12-09-2023, 10:31
Neftçilər bayramlarını QEYD EDƏ BİLƏCƏKMİ?
DİA.AZ: - Qarşıdan neftçilərin peşə bayramı günü gəlir. DİA.AZ bildirir ki, hər il - 20 sentyabr tarixində Neftçilər Günü qeyd olunur və hər il də bu tarixlə bağlı neft mədənlərində çalışan sıravi işçilərdən tutumuş, rəhbər heyətə qədər - əksəriyyətə müxtəlif mükafatlar veriilib. Bu zaman fəqxri adlar da olub, pul mükafatları da...

İndi isə belə bir addımın atılmayacağı və əsas mükafatlanmanın 30 İLLİYƏ - 2024-cü ilə saxlanıkacağı haqda müxtəlif xəbərlər yayılıb. Amma bəzi qaynaqlar da iddia edir ki, həmin gün neft mədənlərində çalışan sıravi işçilərin hər birinə maaaşdan əlavə 500 manat pul mükafatı veriləcək.

Bu səbəbdən sıravı neftçilər də sosial şəbəkələrdə bu məsələni geniş şəkildə müzakirə edirlər. Amma bu günə kimi hgələ də rəsmi qaynaqlar qeyd olunan məsələyə hansısa formada aydınlıq gətirməyib.

Lakin dia.az-ın əldə etdiyi xəbərlərdən aydın olur ki, pul formasında mükafatlandırma bu il olmaya bilər. Doğrudur, bəziləri iddia edir ki, pul mükafatı - "Azneft" İstehsalat Birliyinin sahəsində çalışanlara, Neft çıxartma idaresinin, Qazma trestinin işçilərinə, Neft Daşlarında işləyənlərə şamil olunacaq.

Hər halda bütün bunlar şaiyə olduğundan və rəsmi qaynaqlar susduğundan bizə daha çox həmin tarixi gözləmək qalır...

Geri qayıt