Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > QHT Agentliyindən Vətən Müharibəsi qazisinə SAYĞISIZLIQ...

QHT Agentliyindən Vətən Müharibəsi qazisinə SAYĞISIZLIQ...


26-08-2023, 13:23
QHT Agentliyindən Vətən Müharibəsi qazisinə SAYĞISIZLIQ...
DİA.AZ: - Bir müddət öncə QHT Agentliyinin Naftalanda təlim proqramının elanı əsasında müsahibəyə dəvət olunmuş Vətən Müharibəsi qazisi Orxan Cəfərzadə yalan vədlərdən şikayətçidir.

DİA.AZ bildirir ki, “Vətəndaşlara Tibbi Dəstək” İctimai birliyinin sədri O.Cəfərzadə elan əsasında müraciət edərək, müsahibəyə dəvət olunub. Fuad və Elnur adlı şəxslər onu intervyu edib və bildiriblər ki, biz gənclərə şərait yaradırıq. Böyük ümidlə Agentlikdən cavab gözləyən qaziyə “hə” və ya “yox” deyən olmayıb.

Dünən təlimlərin başladığını görən Vətən Müharibəsi iştirakçısı belə qeyri-ciddi münasibətin nədən qaynaqlandığını bilmir. Qeyd edir ki, mən bütün kriteriyalara cavab versəm də, dünən ki mənzərədən sonra belə elanların formal xarakater daşıdığının bir daha şahidi oldum.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt