Əsas Səhifə > Güney Press, Şou-biznes, Ana xəbərlər > ŞOK: Azərbaycanlı müğənni özünü Telman İsmayılova təklif etdi

ŞOK: Azərbaycanlı müğənni özünü Telman İsmayılova təklif etdi


12-02-2014, 10:37
ŞOK: Azərbaycanlı müğənni özünü Telman İsmayılova təklif etdi
Azərbaycanlı iş adamı İST Telman İsmayılovun rusiyalı müğənni Nikolay Baskova villa hədiyyə etməsi müğənni Həmid Sultanı da həvəsləndirib. Lent.az-ın məlumatına görə, H.Sultan özünün rusiyalı müğənnidən gözəl olduğunu səbəb gətirərək T. İsmayılovdan hədiyyə istəyib: “Mən özüm də rusiyalı müğənni Nikolay Baskovun pərəstişkarıyam. Amma gələcəkdə özümü ondan yuxarı zirvədə görmək istəyirəm. Onunla müqayisədə özümü daha üstün sayıram. Hətta yaşca ondan daha cavan, görünüşcə daha maraqlıyam. Düşünürəm ki, bizim milyonçularımız öz müğənnilərimizə dəstək olsalar, bizdə Rusiya və Türkiyə ulduzları kimi zirvədə ola bilərik. Çox istərdim ki, Telman İsmayılov mənə də villa hədiyyə etsin”.

Geri qayıt