Əsas Səhifə > Güney Press, Reklam > “Nar”dan sərfəli rouminq: Pulsuz WhatsApp yazışma

“Nar”dan sərfəli rouminq: Pulsuz WhatsApp yazışma


15-08-2023, 15:48
“Nar”dan sərfəli rouminq: Pulsuz WhatsApp yazışma
DİA.AZ: - Abunəçiləri üçün istənilən yerdə fasiləsiz ünsiyyəti təmin edən “Nar” yay tətilini xaricdə keçirən
müştəriləri üçün sərfəli rouminq paketləri təqdim edir. Müxtəlif ehtiyaclara uyğun sərfəli qiymətə
təqdim olunan 4 rouminq paketindən yararlanmaq üçün səfərə çıxmazdan əvvəl rouminq paketlərindən
birini sifariş etmək kifayətdir. İstədiyiniz ölkəyə uyğun istənilən rouminq paketini “Nar+” tətbiqində
Xidmətlər>Paketlər>Rouminq bölməsindən çox rahat şəkildə sifariş edə bilərsiniz.

“Nar”dan sərfəli rouminq: Pulsuz WhatsApp yazışma

İstifadəçilər üçün unikal seçimlər təqdim edən “Nar”ın “Rouminq 9” paketi abunəçilərə 500 MB
internet, “Rouminq 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Rouminq 18” paketi 1 GB
internet, “Rouminq 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə
qeyd etmək lazımdır ki, “Rouminq 18” və “Rouminq 28” paketlərində “WhatsApp” yazışmaları
tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən çıxılmayacaq.

Müştərilərin rahatlığını artırmaq üçün sifariş edilən paket daxilində balansı yoxlamaq isə *777#20#YES
yığmaq qədər sadədir. “Rouminq 9”, “Rouminq 15” paketlərinin istifadə müddəti 5 gün, “Rouminq 18”
və “Rouminq 28” paketlərinin istifadə müddəti isə 15 gündür. Rouminq xidməti haqqında bütün
məlumatları nar.az/abroad bölməsindən əldə edə bilərsiniz.

Geri qayıt