Əsas Səhifə > Güney Press, Reklam > “Nar” dan yeni xidmət:

“Nar” dan yeni xidmət:


14-08-2023, 15:22
“Nar” dan yeni xidmət:
DİA.AZ: - Artıq “Nar” abunəçiləri NaviMax tətbiqi ilə izlənmə funksiyası mümkün olan istənilən cihazın GPS
izləmə vasitəsi ilə yerinə, hərəkətinə, qət etdiyi məsafəyə və digər göstəricilərinə minimum ödənişlə
nəzarət edə bilərlər. Aylıq 1 AZN abunəlik haqqı ilə yaxınlarınızın olduğu məkanı həm real vaxtda, həm
də oflayn rejimdə izləyib onların təhlükəsizliyini təmin edə bilərsiniz.
Bu barədə DİA.AZ-a şirkətdən verilən informasiyada bildirilir.

Xidmətə qoşulmaq üçün ilk olaraq, “App Store” və ya “Play Store”-dan NaviMax-ı yükləyib, ölkələr
siyahısından Azərbaycanı seçərək qeydiyyatdan keçirsiniz. Daha sonra telefonunuza gələn birdəfəlik
şifrəni daxil edərək GPS icazəsini aktivləşdirməklə qeydiyyatı tamamlamış olursunuz. Qeyd edək ki,
abunəçilər xidməti 3 gün pulsuz istifadə edib test edə bilərlər. NaviMax xidməti haqqında ətraflı
məlumatı nar.az/navimax səhifəsindən əldə edə bilərsiniz.

Geri qayıt