Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Dəmiryollarında İŞƏGÖTÜRMƏ ÖZBAŞINALIĞI...

Dəmiryollarında İŞƏGÖTÜRMƏ ÖZBAŞINALIĞI...


14-08-2023, 00:40
Dəmiryollarında İŞƏGÖTÜRMƏ ÖZBAŞINALIĞI...
DİA.AZ: - "Bu Azərbaycan Dəmiryolları idarəsi insan resursları şöbəsindən şikayətçiyəm". DİA.AZ bildirir ki, bunu ölkə rəhbərliyinə müraciətində qeyd edən Bakı sakini Natiq Abdullayev düşdüyü vəziyyətlə bağlı səbr kasasının daşıdığını bildirir.

DİA.AZ narazı vətəndaşın şikayətini təqdim edir: "Dəfələrnən imtahan verib qəbul olmağıma baxmayaraq, hər dəfəsində məni ehtiyat bazalarına atırlar. Və o müddət bitir (6ay), sonra bütün imtahan nəticələrim sıfırlanır. Yenə bu ilin mart ayında imtahan vermişəm, amma ki bir çağırış yoxdu. Zəng edirəm, deyirlər ki Islahatlarnan əlaqəli işə qəbul bağlanıb.

Mən indi Prezidentə və ya Mehriban Əliyevaya şikayət ərizəsi yazmaq istəyirəm. Men bezdim bu qurumun qeyri-şəffaf işə qəbul prosesindən.."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt