Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şeyxlə bağlı vəhabi qaynaqları yeni məlumatlar yaydı

Şeyxlə bağlı vəhabi qaynaqları yeni məlumatlar yaydı


10-02-2014, 14:51
Şeyxlə bağlı vəhabi qaynaqları yeni məlumatlar yaydı
DİA.AZ: - Neçə müddətdir ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəni hədəfdə saxlayan dairələr bu gün «Şeyx-Leaks» imzası ilə yeni informasiyalar yayıblar. Bildirək ki, davamlı olaraq DİA.AZ-a məlumat yollayan bu dairələrin əslində vəhabilərə aid olduğunu təxmin etmək o qədər də çətin deyil.

Məlumatı verən mənbələr iddia edir ki, Allahşükür Paşazadə davamlı olaraq Rusiya ilə münasibətdə olub. Və bu münasibətlərin nəticəsində ruslar Çeçenistanda Xəttaba pul ötürülən şəbəkəni müəyyən ediblər. Bunun da nəticəsində Xəttabın Azərbaycandakı nümayəndəsi kimi tanınan, Dağıstan vətəndaşı Avar İbrahim naməlum şəraitdə qətlə yetirilir, onun meyiti zibil qutusuna atılır.

Mənbələr iddia edir ki, hətta bu gün «Əl-Qaidə»nin Azərbaycanda möhkəmlənməsi və yaxud da şəbəkə qurması da məhz QMİ-nin xətti ilə həyata keçirilən bir prosesdir: «Onlar burada bütün işlərini pul gücünə həll ediblər».

Onu da bildirək ki, mənbələr hətta Şeyxin qudası Əli Evsenin belə vəhabilərlə, konkret olaraq «Əl-Qaidə» ilə əlaqəsinin olduğunu iddia edirlər və bildirirlər ki, vəhabilər Səudiyyə Ərəbistanının Şarja şəhərindən «Evsen Group»un prezidentinə «MAAZA» şirələri yollayaraq biznes əlaqələrinə də giriblər.

Onu da bildirək ki, «Şeyx-Leaks» kimi özünü tanıtdıran mənbə daha ciddi itithamlar da səsləndirir ki, bütün bunları da əslində QMİ sədrinə qarşı qarayaxma kampaniyası kimi qəbul edirik…

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləyin…

Geri qayıt