Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qəzənfər Ağayev yetim-yesir puluna göz dikib - Müəllimlər narazılıq edir

Qəzənfər Ağayev yetim-yesir puluna göz dikib - Müəllimlər narazılıq edir


10-02-2014, 12:57
Qəzənfər Ağayev yetim-yesir puluna göz dikib - Müəllimlər narazılıq edir
DİA.AZ: - Astarada icra başçısı büdcə təşkilatlarnda çalışanlarda narazılıq yaradıb. Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan şikayət məktubunda deyilir.

Narazı müəllimlərin bildirdiklərindən belə anlaşılır ki, icra başçısı Qəzənfər Ağayev büdcə təşkilatında çalışanların hər birinin maaşından pul tutulması barədə yerli maliyyə müdirinə tapşırıq verib.

Müəllimlər yazır: «Onsuz da biz müəllimlərin dolanışığı çətindir. Məcburuq ki, ailəmizi dolandıra bilmək üçün əlavə işlər görək, təsərrüfatla, əkin-biçinlə məşğul olaq. Uşaq hazırlaşdırmaqla balalarımızı saxlayırıq. İndi də başçı olan-qalan maaşımıza göz dikib. Rəsmən deyirlər ki, bu pulu yetim-yesirdən çıxar».

Müəllimlər iddia edir ki, keçən ay maaşlarından 5-10 manat arası pul tutulub: «Bu pulu başçının adından tutublar. Təkcə bizim yox, digər büdcə təşkilatında çalışanların da əməkhaqqıları kəsirlə verilib. Bank kartına əskik pul ötürülür. Bu da onu göstərir ki, icra başçısı həmin pultutma əməliyyatı üçün Bakıdan da özünə dəstəkverən tapıb. Yəni maliyyə nazirliyindən… Yoxsa buna onun gücü çatmazdı».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt