Əsas Səhifə > Güney Press, Reklam, Üst manşet > 'Azercell' müştərisinin QƏSDİNƏ DURUB?

'Azercell' müştərisinin QƏSDİNƏ DURUB?


31-07-2023, 04:39
'Azercell' müştərisinin QƏSDİNƏ DURUB?
DİA.AZ: - "'Azercell' bütün işlərimi yarımçıq qoydu. 10 manat kontur yükləmişəm nömrəmə... Kartımdan pul çıxıldı, amma kontur yüklənmədi". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında narazı vətəndaş gileyini ifadə edib.

Şikayətçi daha sonra yazır: "10 dəqiqə keçdi, gördüm reaksiya gəlmir. Zəng elədim "*1111" nömrəsinə... guya ki problemi deyəcəm. Bu biri nömrəmdə olan kontur da qurtardı. Heç kimə düşə bilmədim. 4 dəqiqə xətdə gözlədim. Əlavə 1 manat da yüklədim ki, bəlkə düzələ.

Xeyrı olmadı... Bank sağ olsun... operativ cavab verdi, əlaqə saxladım dedilər, bizdən ödəniş uğurludur. Bir sözlə, biabırçılıq...

Mənim bütün işim zənglə idi. Hamısı qaldı belə.

Ayıb olsun. Biri pis vəziyyətdə olsa, zəng eləmək lazım olsa, bilin ki son pulunuzu "Azercell"ə yükləməyin. Çox belə məsuliyyətsiz operatordur".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt