Əsas Səhifə > Güney Press, Reklam > “Nar” qəbul imtahanının bitməsi münasibəti ilə abituriyentləri təbrik edir

“Nar” qəbul imtahanının bitməsi münasibəti ilə abituriyentləri təbrik edir


26-07-2023, 14:43
“Nar” qəbul imtahanının bitməsi münasibəti ilə abituriyentləri təbrik edir
DİA.AZ: - “Nar” qəbul imtahanlarında uğurla iştirak edən bütün abituriyentləri təbrik edir, həmçinin, bu
imtahanlarda ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracağını elan edir. Belə
ki, mobil operator gələcəyin tələbələrinə daha rahat ünsiyyət üçün smartfonlar, “Nar” mobil
nömrələri və yüksək məbləğdə balans təqdim edəcək. Məqsəd universitet həyatına yeni
başlayacaq gənclərin nailiyyətlərinə töhfə vermək və ali təhsilə daha yüksək həvəslə
yanaşmalarına dəstək olmaqdır.

2018-ci ildən bu ənənəni davam etdirən “Nar” istedadları yetişdirmək və davamlı öyrənmə
mədəniyyətini inkişaf etdirmək məqsədi ilə korporativ sosial məsuliyyət çərçivəsinin bir
hissəsi kimi təhsilin təşviqinə fəal şəkildə dəstək olur. “Nar”ın sosial layihələri barədə ətraflı
əlumatınar.az/projects səhifəsindən əldə edə bilərsiz.

Geri qayıt