Əsas Səhifə > Güney Press, Şou-biznes > “Opera və Balet teatrında dəfələrlə təhqirlərə və təhdidlərə məruz qalmışam...”

“Opera və Balet teatrında dəfələrlə təhqirlərə və təhdidlərə məruz qalmışam...”


24-07-2023, 00:58
“Opera və Balet teatrında dəfələrlə təhqirlərə və təhdidlərə məruz qalmışam...”
Tanınmış opera ifaçısı Urfan Cəfərovla, çalışdığı Akademik Opera və Balet teatrının rəhbərliyi arasında problem yaranıb.
DİA.AZ xəbər verir ki, o özü Moderator.az-a bu haqda məlumat verib.

“Artıq 2 ildən çoxdur ki, Akademik Opera və Balet teatrında solist olaraq çalışıram. Çalışdığım ilk günlərdən teatrda özbaşnalıq, haqsızlıq baş alıb gedir. Mən gəldikdə isə, səsimə uyğun rollar verilmirdi, nailiyyətlərim qiymətləndirilmirdi. Mütəmadi olaraq işdən çıxarılma ilə təhdid olunurdum və hətta dəfələrlə təhqirlərə də məruz qalmışam. Söylədiklərinə görə mənim işimə xitam verilib. Mən bir sual vermək istəyirəm, budurmu gənc istedadlara, əsl sənətçilərə göstərilən qayğı, sayğı, diqqət?! Mən ki, vətənim üçün çalışmışam və çalışıram. O gənc ki, dünyanın hər yerində yüksək səviyyədə vətənini təmsil edərək tarixi qələbələr qazanaraq, adını ucaldır. Respublika Beynəlxalq müsabiqələr laureatıyam, gənclər mükafatçısıyam, 30 min opera ifaçıları arasında Avropa çempionuyam, Azərbaycan milli inciləri mükafatçısıyam, İngiltərə və Londondan “Qızıl səs” və “Qızıl sertifikat” mükafatı laureatıyam. Son olaraq Amerikada 67 ölkə arasından birinci yeri tutub, dünyanın ən məşhur və nüfuzlu konsert salonu olan Carnegie Hall da Azərbaycanı ilk dəfə təmsil etmiş və solo ifa edən ilk azərbaycanlı gənc ifaçı olaraq qızıl medal qazanıb, vətənimə bu qələbəni gətirmişəm. Məni Avropa qəbul edib, qiymətləndirib. İndi bir sual vermək istəyirəm. Bu gəncimi qəbul etmək istəmirlər?! Bu gəncmi artıq onlara lazım deyil? Təbrik edib, mükafatlandırmaqdansa, təqdim etməkdənsə cəzalandırırlar. Və yaxud da cəzalandırırlar?! Mən bura bir sual və nida qoymaq istəyirəm. Bununla da heç bir dövlət qurumuna müraciət etmirəm, birbaşa mən cənab prezidentimə, ölkənin vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edir, onlardan xahiş edirəm ki, Akademik Opera və Balet teatrında baş verən bu özbaşnalıqlara son qoyulsun” deyə ifaçı bildirib.

Urfan Cəfərov bildirib ki, bütün problemlər qısqanclıqdan qaynaqlanır.

“Ən əsas səbəbi qısqanclıdır. Yusif Eyvazov istəmir ki, belə bir solist orada olsun. Əlbəttə ki, bunu açıq-aşkar deyə bilməzlər. Mənimlə müqavilə bağlanmadı. Yusif Eyvazov nə görüşdü, nə də danışmaq istədi. Bu insan heç bir səbəb göstərmədən mənimlə müqavilə bağlamaq istəmədi. Yusif Eyvazovdan öncə də teatrda mənimlə ədavət aparan adamlar var idi. O direktor gələn kimi mənə qarşı öyrətdilər. Mənimlə ədavət aparan da teatrın baş dirijoru Əyyub Quliyev idi. Əyyub Quliyev mən ora getdiyim ilk günündən mənimlə ədavət aparır. Valllah, heç bir səbəbini bilmirəm. O dirijordur, mən musiqiçi. Elə bir məqam olub ki, xaricdə Azərbaycanı təmsil etməli olmuşam. Mənə oxuduğum ariyanın, Mərdanın notları lazım idi. O notları teatrdan götürməli idim. Ona icazə vermədi, mən həmin notları götürə bilmədim. Mənim qabağımı kəsdi. Mən gedib o senarini filarmoniyadan tapdım. Əyyub Quliyev mənə qarşı həmişə bu dərəcədə qərəzli mövqedə durudu” deyə sənətçi bildirib.
Geri qayıt