Əsas Səhifə > Güney Press, Reklam > Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi


21-07-2023, 15:56
Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi
DİA.AZ: - “Nar”, 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq ənənəvi
olaraq təşkil olunan intellektual yarışmada bir araya gətirib. 20-dən çox media orqanını təmsil
edən jurnalistlər 7 komandada biliklərini yarışdırıblar.
DİA.AZ-a şirkətdən verilən məlumata görə, bu ilki yarışmada iştirakçılara 7 tur
boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar
verilib. Bununla yanaşı, komanda quruculuğu oyunları ilə media nümayəndələrinin bir-biri ilə
daha yaxından tanışolma fürsəti olub.

Qaliblərin seçimi zamanı həm intellekt yarışının xalları, həm də komanda quruculuğu
oyununun nəticələri nəzərə alınıb. Nəticə etibarilə, yarışda qalibiyyəti “Ziya” komandası
qazanıb, “Yeni Həyat” komandası 2-ci, “Molla Nəsrəddin” komandası isə 3-cü yerləri
tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

“Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni
zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı
məlumat üçün: https://www.nar.az/projects/ .

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi
Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi
Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi

Geri qayıt