Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > `Azneft` rəhbərliyi üçün işçi önəm daşımırmı?

`Azneft` rəhbərliyi üçün işçi önəm daşımırmı?


13-07-2023, 10:46
`Azneft` rəhbərliyi üçün işçi önəm daşımırmı?
DİA.AZ: - Keçən günlərdə neftçilərin "Azneft" İstehsalat Birliyinin rəhbərliyinə müraciətini təqdim etmişdik. DİA.AZ bildirir ki, həmin müraciətlərində neftçilər bu isti günlərdə rəhbərlikdən iş yerlərinin, qaldıqları yerlərin kondisionerlə təmin olunması üçün müraciət etmişdilər. Qeyd edək ki, onların səsi eşidildi və kondisionerlər göndərildi. Amma... Bəli yenə də amma...

DİA.AZ bildirir ki, sözügedən məsələ ilə bağlı açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təçkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Azneft İB, 28 May, 8 saylı DDÖ-dən neftçilər cavabdeh şəxsi gündə bir neçə dəfə "məhəbbətlə" xatırlayırlar!" deyərək aşağıdakı neftçi gileyini təqdim edib. Qeyd edək ki, neftçilər NHMT sədri olaraq M.Qəhrəmanlı vasitəsilə Azneft rəhbərliyinə xitab edirlər:

"Salam Mirvari xanım. Yenə də problem ilə bağlı sizi narahat edirəm. İstərdik ki, sizə 8 saylı özüldə problemin artıq aradan qaldırılması barəsində sevindirici xəbəri verim amma təsüf ki bunu deyə bilməyəcəm. Artıq İyul ayını yarısına çatırıq və gələn ay artıq yay bitir.

Bilirik ki, SOCAR rəhbərliyi sizin yazdığınızı oxuyur. Burdan onlara demək istəyirik ki, narahat olmayun, gələn ay yay bitir. Söz verdiyiniz, bloka göndərdiyiniz kondinsionerləri birdəfəlik gələn ilin yayında quraşdırılıb yekunlaşdırarsınız.

Kondisionerlər gəlib. Təşəkkür edirik...

O istinin nəmin altında qalan kondisionerlərə baxıb sərinlənirik. Siz işdə olanda otağınızda, işə gələndə isə avtomobilinizdə sərinləndiyiniz kimi.

Səbirsizliklə gözləyirdik ki quraşdırılacaq. Hətta idarənin iclasında bu məsələnin dərhal aradan qaldırılması üçün ciddi tapşırıqlar da verilmişdi. İdarə rəisi evə getdi deyə qərarlar unuduldu".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt