Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > `Azəriqaz` işçiləri vətəndaşın BAŞINA OYU AÇDILAR...

`Azəriqaz` işçiləri vətəndaşın BAŞINA OYU AÇDILAR...


12-07-2023, 10:40
`Azəriqaz` işçiləri vətəndaşın BAŞINA OYU AÇDILAR...
DİA.AZ: - "Şikayətim "Azəriqaz" İstehsalat Birliyindən və oradakı nə olduğu bəlli olmayan idarə sistemindəndir. Vətəndaş kimi tərəfimizə heç bir məlumat vermədən gəlib sayğacı dəyişdiriblər, bu bir kənara, “tema” hələ bundan sonra başlayır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında İlkin Cavadzadə adlı istifadəçi giley edir.

`Azəriqaz` işçiləri vətəndaşın BAŞINA OYU AÇDILAR...

Daha sonra narazı vətəndaş yazır: "Axşam evimə gedib görürəm ki sayğac dəyişilib amma nə forma aktına imza atmışam və də kart təqdim edilib, cəmi də 20 kub qaz var sayğacda. Mülkiyyətçi isə valideynimdi hansı ki hal hazırda şəhərdə deyil. Zəng etmişəm 104 xidmətinə, deyirəm ki “mənə yol göstərin ki mən kartı necə əldə edim?” Deyirlər “get 1ci dərəcəli qohumluğu təsdiq edən sənədlə ASAN kommunala”. ASAN xidmətə zəng edirəm deyirlər ki “kartı almaq üçün quraşdırma heyəti tərəfindən verilən forma 1 və 2 akt təqdim edilməlidir və notarial qaydada təsdiq edilmiş etibarnamə lazımdır”. Yenidən zəng edirəm 104 xidmətinə və deyir ki “aktı almaq üçün mülkiyyətçi yaxınlaşmalıdır rayon qaz idarəsinə”...

İdarələrarası kommunikasiya və koordinasiya qıtlığını onsuzda hamımız bilirik. Öz istəklərinə görə gəlirlər sayğacı dəyişdirirlər, qanunsuz bir şəkildə akt təqdim etmədən, mülkiyyətçidən təsdiq imzası almadan çıxıb gedirlər və səni məcbur edirlər ki idarə idarə gəzib sənəd yığasan. Məsələ burasındadır ki mən özüm 28-28 növbə formatında səhər 7dən axşam 7yə qədər 28 gün fasiləsiz iş rejimində işləyirəm və bunların gəl-get süründürməçiliyinə normal iş saatlarında vaxt ayırmağım imkansızdır bu günlərdə və o boyda idarədə də bu problemi həl edə biləcək bir “açar” insan yoxdur, dedikləri də budur “biz belə işləyirik”, “20 kub qaz vermişik də...”"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt