Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Nazirliyə müraciət edirəm, amma reaksiya vermirlər"

"Nazirliyə müraciət edirəm, amma reaksiya vermirlər"


11-07-2023, 10:48
"Nazirliyə müraciət edirəm, amma reaksiya vermirlər"
DİA.AZ: - Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda (yəni məşhur arxaya addımı ilə yadda qalan Kərəm paşanın korpusunda) hərbi həkim kimi xidmət edən Sarvan Tağıyev adlı şikayətçi olduqca ilginc iddialar səsləndirib. DİA.AZ hərbi həkimin yazdıqlarını təqdim edir:

"Deməli, mənim problemim həm özümün, həmdə valideynimin-anamın xəstəlikləri ilə bağlıdır. Mən hərbi həkiməm zabitəm 2017-ci ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmət edirəm, ailənin tək övladıyam bacım və qardaşım yoxdur. Atam rəhmətə gedib həmin vaxt məni nə dəfnə nə yas mərasimlərinə buraxmadılar. İndi də Anamın vəziyyəti ağırdı tələb etdikləri qaydada hərbi həkim komissiyasından da keçirmişəm komissiya qərar verib ki, valideyn dağlıq və əlverişsiz iqlim şəraitində yaşaya bilməz.

O arayışı Orduya da təqdim eləmişəm ama 1 ildən çoxdur ki, heç bir tədbir görmürlər, özümün gözündə keratokonus, mürəkkəb miopik astiqmatizm, miopiya xəstəlikləri var ama tərxis eləmirlər. Bugün mənim əsas problemim tərxis olunmaqda deyil əsas problemim valideynim gözümün önündə əriyir gedir və mən heç nə edə bilmirəm. Bu vəziyyət məni məhv edir artıq.

Nazirliyə müraciət edirəm yazılı və şifahi. Müraciətlərə baxmırlar reaksiya vermirlər. Xahiş edirəm bu məsələni ictimailəşdirək mənim onsuz da itirəcək heç nəyim qalmayıb, mən ailəmə görə rütbə, vəzifə və hər şeydən imtina eləmişəm. Nazirliyin qaynar xəttinə də bildirmişəm ki, bu məsələ məni cinayətə və intihara sövq edir artıq bu problemi ictimailəşdirəcəm. Gözümün önündə hərbi qulluqçuların yerini dəyişirlər hətta ən komfortlu yerlərə təyinat verib göndərirlər. Mənə gələndə müxtəlif bəhanələr gətirirlər.

Sual verirəm suallarım cavabsız qalır cavab verə bilmirlər axı. Bilmirəm vallah artıq o qədər çarəsiz qalmışam ki, nəyi necə edim bilmirəm.

Bilirəm buna görə mənə cəza da verəcəklər, bəlkə rütbəmi də alacaqlar, vəzifədən də çıxaracaqlar, ama başqa yolum qalmayıb artıq. Mənim üçün nə rütbə, nə vəzifə ailəmdən, valideynimdən önəmli deyil".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

"Nazirliyə müraciət edirəm, amma reaksiya vermirlər"

Geri qayıt