Əsas Səhifə > Güney Press, Reklam > Rusiya telekanallarının yayımında yaranan problemlərlə bağlı

Rusiya telekanallarının yayımında yaranan problemlərlə bağlı


23-06-2023, 12:17
Rusiya telekanallarının yayımında yaranan problemlərlə bağlı
DİA.AZ: - Nəzərinizə çatdırmaq istərdik ki, Ukrayna ilə Rusiya arasında münaqişədə istifadə edilən
yeni hərbi texnologiyalar Rusiya telekanallarının yayımında yaranan problemlərə böyük təsir
göstərib.
Rusiya telekanallarının hava siqnallarına elektron hücumlar nəticəsində iyunun 12-dən
etibarən bütün peyk və kabel televiziyası operatorlarında, o cümlədən KATV1 kabel
televiziyasında bəzi telekanalların siqnallarının yayımında müvəqqəti problemlər yaranıb.
Şirkətdən verilən məlumata görə, yeni texnologiyaların tətbiqi sayəsində bu texniki
problemlərin əksəriyyəti qısa müddətdə aradan qaldırılıb və əksər telekanallarda yayım
bərpa edilib.
KATV1 kabel operatoru ondan asılı olmayan səbəblərə görə Rusiya telekanallarının yayımı
ilə bağlı yaranmış müvəqqəti narahatlığa görə üzr istəyir.

Geri qayıt