Əsas Səhifə > Güney Press, Reklam > Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib

Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib


17-06-2023, 08:26
Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib
DİA.AZ: - “Nar”ın Baş icraçı direktoru Qunnar Panke startaplar üzrə milli çempionatında yarışmasında fəxri münsiflər
heyətinin üzvü kimi iştirak edib. Beynəlxalq səviyyədə keçirilən və Miniboss Business School Baku
tərəfindən təşkil olunan startaplar üzrə milli çempionatda 6-17 yaş arası istedadlı uşaqlardan və
yeniyetmələrdən ibarət komandalar iştirak edib. Bu barədə DİA.AZ-a şirkətdən xəbər verilib.

Qida, ekologiya, alternativ enerji, İT və bir çox sahələrdə təmsil olunan startaplar arasında ən yüksək nəticə
göstərən üç komanda qalib oldu. Komandalar innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada
işıqlandırma və münsiflər heyətinin sualına cavablama kimi meyarlar üzrə qiymətləndirildi. Qalib komandalar
16-20 iyul tarixlərində Qlazqo (Böyük Britaniya) şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Qeyd edək ki, müsabiqənin fəxri münsifi Q.Panke müxtəlif tanınmış telekommunikasiya şirkətlərində strateji
rəhbər vəzifələrdə çalışmış və 30 ildən artıq zəgin təcrübəsi ilə rabitə sənayesinin beynəlxalq nüfuza sahib
eksperti sayılır.

“Nar”ın layihələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib

Geri qayıt