Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanda vətəndaş yenə də ETİRAZ EDİR...

Naxçıvanda vətəndaş yenə də ETİRAZ EDİR...


14-06-2023, 11:21
Naxçıvanda vətəndaş yenə də ETİRAZ EDİR...
Yay fəsli başlayandan bəri Bakıdan Naxçıvana və əks istiqamətə təyyarə ilə uçmaq müşkülə çevrilib. Bilet qıtlığı səbəbindən Naxçıvandakı aviakassalar qarşısında uzun növbələr yaranıb. Sərnişinlər bunun günahını AZAL-ın blokada şəraitində olna Naxçıvana əlavə reyslər verməməsində görürlər. Naxçıvana gündəlik 4 normal təyyarə reysi uçur. Bu mövsümdə gediş-gəliş artdığından, həmin reyslər kifayət etmir, əlavə reyslərə ehtiyac yaranır. Sərnişinlər bildirir ki, bu vəziyyətdən ən çox yararlanan işbazlardır. Kassalarda tapılmasa da, onlardan baha qiymətə istənilən günə bilet almaq olur.
Şərur rayon sakini Aqil Babayev deyir ki, 60 manatlıq bileti ona 80 manata təklif ediblər:
“On gün sonraya bilet almaq istədim. Dedilər ki, əvvəlcədən bilet satılmır, 2 gün qalmış gəl. Uçacağım vaxtdan iki gün əvvəl gedib növbəyə yazıldım. 5 saat növbədə dayandıqdan sonra kassaya yaxınlaşdım. Bilet olmadığını bildirdilər. Kassada mənə 95 manata “Biznes klass” təklif etdilər. Sonra qıraqdan bir nəfər yaxınlaşıb dedi ki, 80 manat versən, təşkil edərəm. Təcili getməli idim deyə, məcbur qalıb, o qiymətə aldım. Bu necə olur ki, kassada tapılmır, alverçilərdə tapılır. Əlbir işləyirlər demək”.
Təcili yaxın qohumunun yas mərasiminə getmək istəyən digər şikayətçi Vilayət Qasımov da oxşar vəziyyətlə üzləşdiyini deyir:
“Mənə də 95 manata “Biznes Klass” təklif etdilər. Məcbur qalıb aldım. Təyyarədə gördüm ki, bu yarısı boşdur. Bahadır deyə, kasıb camaat almır. Təyyarə boş getdiyini, normal bilet qiymətinə satsınlar, sıxlıq aradan qalxsın. Etmirlər, çünki bu cür işlərinə gəlir. Bizim Bakıya getmək üçün iki yolumuz var. Təyyarə ilə uçmaq, bir də İran ərazisindən keçməklə quru yolla. Dövlət orqanları xəbərdarlıq edir ki, təhlükəsiszlik səbəbindən İrana getməyin. Biz də qorxumuzdan ordan getmirik. Vətəndaşın təhlükəsizliyini istəyirsənsə, əlavə reyslər ayır ki, İrandan getməyə ehtiyac qalmasın”.
Gündəlik Naxçıvan

Geri qayıt