Əsas Səhifə > Güney Press, Reklam > Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır

Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır


8-06-2023, 16:34
Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
DİA.AZ: - Mobil operator Nar musiqi və dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə start verir. Məşhur "Darvish Band" ilə birgə ərsəyə gələn müsabiqələr Nar abunəçiləri üçün dinamik yay vəd etməklə yanaşı,
texnologiyanın gücünü və musiqiyə olan həvəsi bir araya gətirmək məqsədi daşıyır.
Gənclərin dinamik musiqi zövqünə ortaq olan Nar, abunəçiləri üçün əyləncə dolu müsabiqələrdə iştirak
edərək dəyərli hədiyyələr qazanmaq şansı yaradır. Hədiyyəli müsabiqələrdən birincisində gənclər enerji
dolu həyat tərzlərinə uyğun olaraq seçilmiş Samsung Galaxy Tab, Apple Watch və JBL qulaqlıqları əldə
edəcəklər. Bu barədə DİA.AZ-a şirkətdən məlumat verilib.
Yay boyunca Nar abunəçiləri növbəti müsabiqələrdə daha da dəyərli hədiyyələr qazanmağa davam
edəcəklər. Qarşıdan gələn müsabiqələr haqqında ən tez xəbər tutmaq üçün Narın sosial media səhifələrini
(Facebook, Instagram, Twitter) izləməyə davam edin.

Geri qayıt