Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daha bir market şəbəkəsinin DÖVLƏT BÜDCƏSİNƏ XƏYANƏTİ...

Daha bir market şəbəkəsinin DÖVLƏT BÜDCƏSİNƏ XƏYANƏTİ...


2-06-2023, 11:56
Daha bir market şəbəkəsinin DÖVLƏT BÜDCƏSİNƏ XƏYANƏTİ...
DİA.AZ: - Keçən günlərdə ölkənin ən iri marketlər şəbəkələrindən birinin verdiyi rəsmi maliyyə hesabatındakı şübhələri təqdim etmişdik.

YAZI BURADA: https://www.dia.az/5/378121-bolmartin-korrupsya-qoxulu-hesabat.html

Təqdim etdiyimiz materialdan aydın olurdu ki, 24 filialı olan, 141 milyon manatlıq satış edən «Bolmart» kimi bir marketlər şəbəkəsi sahibinin CARİ İLDƏ CƏMİ 27 MİN MANAT QAZANMASI kifayət qədər şübhəli məsələdir. Və bu məsələyə DİA.AZ olaraq gərəkən qurumların diqqətini cəlb etməyə çalışdıq.

Son araşdırmalarımızdan isə aydın olur ki, anoloji mənzərə digər marketlərdə də hökm sürməkdədir.

DİA.AZ bildirir ki, 27 marketə sahib olan «Grand Mart» şəbəkəsinin sahibi «Grand Mart» MMC də hesabatını açıqlayıb.

2022-ci ildə şirkətin satışdan gəlirləri, yəni satışın illik dövriyyəsi 215 milyon 634 min manat olub. 2021-ci illə müqayisədə satış dövriyyəsi 83 milyon manat və ya 63% artıb.
Satışın, yəni satılan məhsulların 190 milyon manat olub, bu göstərici isə 2021-ci illə müqayisədə 72 milyon manat və ya 62% artıb.

Nəticədə 2022-ci ildə şirkətin satışdan məcmu mənfəəti 25,7 milyon manat olub.

2022-ci ildə «Grand Mart» MMC marketinq məqsədləri ilə 652 min manat xərcləyib. Ümumi və inzibati xərclər isə 25 milyon manat olub.

Nəticədə şirkətin ililk fəaliyyətinin nəticəsi olaraq əməliyyat mənfəəti 73,9 min manat olub. Bundan 14,8 min manat vergi xərcləri çıxıldıqdan sonra «Grand Mart» MMC 2022-ci ili 59,1 min manat xalis mənfəətlə tamamlayıb. Maraqlıdır ki, bu rəqəm şirkətin ötənilki göstəricisindən hələ 7 dəfə artıqdır - «Grand Mart» MMC 2021-ci ili 8,8 min manat mənfəətlə tamalamışdı.

2022-ci ildə «Grand Mart» MMC sürətlə böyüyüb – cəmi aktivləri 20 milyon manat artaaq 79,6 milyon manata çatıb. Bunun 61,2 milyon manatı marketlərdə və anbarlarda olan mal-material ehtiyatlarıdır.
Şirkətin kapitalı dəyişməyib – 12 milyon manatdır.
Öhdəlikləri isə 20 milyon manat artaraq 47 milyondan 67 milyon manata yüksəlib.

Daha bir market şəbəkəsinin DÖVLƏT BÜDCƏSİNƏ XƏYANƏTİ...
Daha bir market şəbəkəsinin DÖVLƏT BÜDCƏSİNƏ XƏYANƏTİ...

Yuxarıdakı hesabatdan aydın olur ki, bu dəfə də 27 marketi olan, 215 milyon satış edən «Grand Mart»ın sahibi İLDƏ CƏMİ 59 MİN MANAT QAZANIB. Hər halda bu rəsmi maliyyə hesabatlarındakı rəqəmlər mütləq şəkildə araşdırılmalıdır.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt