Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Neft Daşlarında Xəzəriaşəyə məxsus mağazalardakı satış qiymətlərini müqayisə edin..."

"Neft Daşlarında Xəzəriaşəyə məxsus mağazalardakı satış qiymətlərini müqayisə edin..."


1-06-2023, 11:55
"Neft Daşlarında Xəzəriaşəyə məxsus mağazalardakı satış qiymətlərini müqayisə edin..."
DİA.AZ: - "ARDNŞ yoxlayır. Hələlik təqdirəlayiqdir. Əsas nəticədir. Siz yoxlayın, biz isə sizin yoxlamanızın qiymətləndirilməsini aparırıq..." DİA.AZ bildirir ki, bunu ARDNŞ təəfindən həyata keçirilən son təftiş xarakterli prosesə qiymət verərkən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.

Daha sonra ARDNŞ-ın yoxlama komissiyasına xitabən qeydlərini davam etdirən M.Qəhrmanlı onlara msələhətlərini də verib:

"Nəyə diqqət yetirməli olduğunuzu da demək olar ki, hər gün sizlərə çatdırırıq. Yenidən xatırladırıq:

- Xəzəriaşə(köhnə adı,Fəhlə Təchizatı idarəsi) ARDNŞ-dən nə qədər vəsait alır və işçilərə iaşə xidməti göstərilməsi üçün nə qədər vəsait xərcləyir(xərcləyib). Təbii ki,indi menyü ortalıqda olacaq.(kəndə revizor gəlib!!)
Qohumbazlıq(həm köhnə,həm də təzə komandaya məxsus)

- MMC-lər (köhnədən qalma,təzələrə məxsus,ingilis dillilər üçün yaradılmışlar da daxil olmaqla)

- Öz nəqliyyatınızla(xidməti maşınlarınız),işçiləri Çilov adasına aparan gəmilərdəki şəraiti müqayisə edin

- İşçiləri platformalara aparan helikopterlərdən özünüz və komandanız da istifadə edin.Bir az siz də həyəcanlanın

- Köhnə özüllərə də səyahət edin. İşçilərin iaşə xidməti ilə təminatını öyrənin. Ekoloji fəsadlar?! Çirkab suları(tualetlər) hara axıdılır?

- Sosial problemləri (yataq dəstləri ilə təminat,otaqların vəziyyəti,iş yerlərindəki vəziyy\ət və s).TOTAL işçilərinin yaşadığı otaqları,həmin yataqxanada ARDNŞ işçilərinin yaşadığı yataqxana ilə müqayisə edin.

- Neft Daşlarında Xəzəriaşəyə məxsus mağazalardakı satış qiymətlərini müqayisə edin. Bacarsanız.!!!

- Qurudakı neft mədənlərində çalışan işçilərin vəziyyətini bilmək istəniz elə onlara verdiyiniz 3 (üç)man.yemək pulundan başlayın!!!

***

Siyahi uzundur, cənablar.

Hesabatlarımızı (nhmt-az.org), və FB səhifələrimizi oxuyun..."

***

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt