Əsas Səhifə > Güney Press, Reklam > "AzerGold" və törəmə şirkətlərinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib


10-05-2023, 17:16
"AzerGold" və törəmə şirkətlərinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
DİA.AZ: - Azərbaycan xalqının Ümummilli Lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar bu gün “AzerGold” QSC, eləcə də onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” və “AzerBlast” MMC-lərin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər.

DİA.AZ xəbər verir ki, ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Geri qayıt