Əsas Səhifə > Güney Press, Reklam > “Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır

“Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır


4-05-2023, 16:55
“Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır
DİA.AZ: - “Nar” ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan “Baku
Open 2023” beynəlxalq şahmat turnirinin rəsmi kommunikasiya tərəfdaşıdır. Gənclər və İdman
Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi və 600-dən çox şahmatçının iştirak
etdiyi turnir 3-12 may tarixlərində Bakı Kristal zalında baş tutacaq.
Bu barədə DİA.AZ-a şirkətdən verilən məlumatda deyilir.
Ümumi mükafat fondu 55 min ABŞ dolları olan turnir 3 kateqoriyadan ibarət olan 9 tur üzrə isveçrə
sistemi ilə oynanılacaq. Oyunları izləmək istəyən şahmat həvəskarları üçün giriş sərbəstdir.
“Baku Open 2023” Şahmat turnirinə dəstək “Nar”ın Korporativ Sosial Məsuliyyət (KSM)
strategiyasının təhsil istiqaməti çərçivəsində həyata keçirilir. Mobil operator KSM strategiyası
çərçivəsində bir sıra davamlı layihələr gerçəkləşdirir. “Nar”ın sosial layihələri haqqında ətraflı
məlumatı buradan əldə edə bilərsiniz.

Geri qayıt