Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Zaur Mikayılov da Xaçmazın su problemini ÇÖZƏ BİLMİR

Zaur Mikayılov da Xaçmazın su problemini ÇÖZƏ BİLMİR


30-04-2023, 12:11
Zaur Mikayılov da Xaçmazın su problemini ÇÖZƏ BİLMİR
DİA.AZ: - "Aprel ayının 21-də suvarma ilə bağlı çətinliyi aradan qaldırmaq üçün rayonumuzda böyük bir tədbir təşkil olunmuş və ətraf rayonların icra başçıları görüşə dəvət olunmuşdur. Görüşdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin əməkdaşlarıda iştirak etmişdir.
Ancaq görünən odur ki, bu görüşün heç bir xeyri olmadı". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir:" Rayonumuzun kəntdləri bağlarını suvarmaq üçün su tapmır. Bildirirlər ki, Samur Abşeron kanalına su gəlsə də, Xan arxına su buraxılmır...

Yaranan narazılıqlarla bağlı, məsələyə aydınlıq gətirilməsini xahiş və tələb edirik.

Suvarmada çətinlik çəkən kəndlərin bir qismini qeyd edirik:
1. Sərkərli
2.Qaraçaycek
3.Ağyazı Buduq
4.Qarğalıq
5.İlxıçı
6. Vasilovka
7.Nərəcan
8.Qoçaqlı
9. Pirquluoba
10. Sudur
11. Xudat və Xudat ətrafı kəndlər.

Siyahı böyükdür. Çox uzatmırıq".

Məsələ diqqətimizdədir. Iddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt