Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Təzə nazir kəndlinin dərdinə çarə olacaqmı?

Təzə nazir kəndlinin dərdinə çarə olacaqmı?


23-04-2023, 09:56
Təzə nazir kəndlinin dərdinə çarə olacaqmı?
DİA.AZ: - Neçə müddətdir ki, Xaçmazda yerli məmurların fəaliyyətsizliyi və yaxud da özbaşınalığı səbəbindən kəndlilər rəsmən "su" deyib haray çəkirlər. DİA.AZ bildirir ki, bununla bağlı redaksiyamıza sakinlər adından yeni müraciət daxil olub.

Sakinlər adından Xaçmaz sakini Vüsal Başaratvi yazır: "Samur-Abşeron kanalında su var, amma Xan arxına bir damcı suyu buraxmağı çox görürlər.
Sonra da da deyirlər ki, Azərbaycanda işsiz adam yoxdur.
Çünki hər kəsə dövlət pay torpağı verib.
Həmin torpaqlarda əkin əksin , meyvə bağları salsın və buna görə də dövlət subsidiyayalar da ayırır.

Bəli, doğrudur, ancaq bu torpaqdan istifadə etmək üçün su vermirlər. Dövlətin ayırdığı subsidiyalar da torpaqlar normal qaydada suvarıla bilmədiyindən əhəmiyyət vermir. Məsələn mən bu il 1ha ərazidə taxıl əkmişəm, 30-35 s məhsul almağı düşünmüşdüm . Ancaq bircə dəfə də olsa əkin sahəni suvara bilməmişəm. Eynilə 1 ha ərazidə də intensiv bağ salmışam. Həmin ərazidə su üzünə həsrətdir...

Odur ki, susuzluğun sonu torpaqların şoranlaşmasına gətirib çıxaracaqdır.

Bunu Azərbaycan xalqına, dövlətimizə yalnız və yalnız milli kimlik altında gizlənən düşmənlər rəva görə bilər..."

Məsələ diqqətimizdədir.

Dia.az olaraq vətəndaşın təqdim etdiyi videofaktı diqqətinizə çatdırırıq:

VİDEOYA BURA TIKLAYIB BAXIN...


Qeyd: DİA.AZ-a istinad etməklə qanunlara sayğı göstərmiş olursunuz...

Geri qayıt