Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > `Yelo Bank` müştərisini belə narazı salır...

`Yelo Bank` müştərisini belə narazı salır...


17-04-2023, 09:04
`Yelo Bank` müştərisini belə narazı salır...
DİA.AZ: - "Şikayətim "Yelo Bank"dandır. Təcili pul lazım olduğu üçün bir neçə banka zəng edib kreditlə maraqlanırdım və Yelo banka zəng etdikdə operator mənə "ilk başdan deyim ki, kredit yalnız gəliri 3500 azn olanlara aiddir" və mən də "1000 azn olsa kredit düşmür?" soruşduqda, "xeyr, təəssüf ki, 3500 azn olmalıdır" dedi". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Səbunə Tağıyeva adlı istifadəçi giley edir.

`Yelo Bank` müştərisini belə narazı salır...

Daha sonra narazı vətəndaş yazır: "Dünən xəbərim olub ki, əslində gəliri 3500 azn yox, 350 azn olanlara kredit verilir. Zəng edib şikayətimi operatora bildirdim və araşdırılmasını istədim. Bir neçə dəqiqə sonra operator mənə geri zəng edib bildirir ki, səs yazısına qulaq asdıq və əməkdaşımız 350 deyir siz 3500 başa düşmüsünüz. Deyirəm, mən təkrarən soruşanda ki, "1000 azn maaşa kredit düşmür?"niyə cavabında deyir "təəsüf ki, xeyr?" və yenə də söhbəti fırlatdı ki, problem mənim qulaqlarımda olub. Belə etmək səbəbi isə onun özünün də səsinin yazılmasıdır, xülasə, nə üzr istəmək, nə də lazımi tədbir görülməsi əvəzinə məni mədəni formada təhqir etdi ki, qulaqlarım düzgün eşitməyib. Biləsiniz ki, sizin bu bankla probleminiz çıxsa belə həll olunacaq".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt