Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Məleykə Abbaszadə ilə bağlı bu həftə qərar verilə bilər

Məleykə Abbaszadə ilə bağlı bu həftə qərar verilə bilər


27-01-2014, 12:11
Məleykə Abbaszadə ilə bağlı bu həftə qərar verilə bilər
DİA.AZ: - Prezident seçkilərindən sonra - 22 oktyabr tarixində Nazirlər Kabinetinin yeni heyəti təsdiq olunsa da, bir sıra dövlət qurumlarının aqibəti netləşmədiyindən, hələ də köhnə rəhbərləri ilə yollarına davam deyirlər. Onlardan biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır.

DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, TQDK-nın taleyinə bu həftə aydınlıq gətirilə bilər. Mənbə iddia edir ki, hazırda quruma rəhbərlik edən Məleykə Abbaszadənin təkrarən öz vəzifəsinə təsdiqi gözlənilir.

Amma buna baxmayaraq, qurumla bağlı bəzi islahatlar da gözlənilir: «Hələlik islahatların konkret mahiyyəti bəlli olmasa da, TQDK-nın təhsil nazirliyinə bağlayan qərarlar verilə bilər. Bu barədə müzakirələr gedir».

Onu da xatırladaq ki, keçmiş təhsil naziri Misir Mərdanovun zamanında TQDK ilə TN arasında ciddi münaqişə ab-havası mövcud idi. Və Mikayıl Cabbarovun nazir postuna təyinatından sonra komissiya ilə nazirlik arasında münasibətlər yumşalmış kimi görünsə də, sonradan bu iki dövlət qurumunun yeni nazirin rəhbərliyi altında da problemləri üzə çıxdı. Və TQDK Misir Mərdanovun dövründə olduğu kimi TN-yə qarşı ittihamlarını davam etdirməyə başladı…

Geri qayıt