Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > `El Piano Baku`da iftar açanda... BELƏ OLUR...

`El Piano Baku`da iftar açanda... BELƏ OLUR...


12-04-2023, 11:29
`El Piano Baku`da iftar açanda... BELƏ OLUR...
DİA.AZ: - "Dünən "El Piano Baku" restoranında 12 nəfərlik iftar süfrəsi "reserve" etmişdik". DİA.AZ bildirir ki, bu barədə Rita Ağa qızı Vəliyeva "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir.

`El Piano Baku`da iftar açanda... BELƏ OLUR...

Daha sonra narazı vətəndaş yazır: "7:20 də artıq hər kəs yerində idi. Yüksək səslə Azan verildi (çox gözəl), amma masada 2 qurtum su və xurma yox idi. İftar açılıb, biz sifariş verdik ki su gətirin iftarımız açaq. 3-4 dəqiqə sonra su və xurma gəldi.bununla da restoranın işi bitdi. Sifariş verilən yeməklər 45 dəqiqə sonra gəldi, şorbalar ana yeməkdən sonra gəldi, qaşıq da ondan sonra gəldi.

Ümumiyyətlə, çox xaotik bir servis vardı. Acınacaqlısı isə ən təz gəlib (saat 7də) sifarişini verən mən- saat 8:15 idi hələ yeməkdən əsər əlamət yox idi. Qalxıb, sifarişimdən imtina edib, etirazımı bildirib restoranı tərk etdik (2 nəfər. Digərlərinin yeməkləri baş ayaq olsa da , 45 dəqiqədən sonra gəlmişdi)
Deyiləcək başqa sözə ehtiyac yoxdur. Restoranı geyimi ilə qarşılayıb (interyer), ağlı ilə yola salarlar (xidmət)..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt