Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Bunlarla hansı dildə danışmaq lazımdır ki..."

"Bunlarla hansı dildə danışmaq lazımdır ki..."


8-04-2023, 10:18
"Bunlarla hansı dildə danışmaq lazımdır ki..."
DİA.AZ: - "Şikayətim "Kapital Bank"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Həmid Əliyev adlı istifadəçi giley edir.

"Bunlarla hansı dildə danışmaq lazımdır ki..."

Narazı vətəndaş daha sonra yazır: "Deməli, mənim belə bir problemim var. Mart ayında 20 AZN cashback yığılmışdı və mən 18 AZN öz kartıma göndərdim ki, BirKart kreditimi ödəyim. Lakin pul cashbackdan çıxdı karta oturmadı. Kreditin isə son ödəmə müddəti cari ayın 10-na kimidi. Ödənmədiyi haldə isə gecikmə düşəcək. Mən aidiyyatı üzrə müraciət etdim və mənə bildirilir ki, 10 iş günü ərzində baxılacaq sizin məsələyə. Bəs deyəndə mən kredit borcumu necə ödəyim? Sizin səhlənkarlığınız ucbatından gecikmə düşəcək, bunu həll edin. Deyirlər yox ayrı ayrı mövzulardı. Krediti ödəməlisiniz".

"Bunlarla hansı dildə danışmaq lazımdır ki..."

DİA.AZ bildirir ki, artıq çilədən çıxdığını ifadə edən Həmid Əliyev "Kapital Bank"la hansı dildə danışacağını da çözə bilmir: "Bunlarla hansı dildə danışıb başa salmaq lazımdı ki, mən krediti məhs o pulnan ödəyirəm, başqa pulum yoxdu!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt