Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycan müharibə tədarükündə - Ehtiyatda olan zabitlər səfərbər olunur

Azərbaycan müharibə tədarükündə - Ehtiyatda olan zabitlər səfərbər olunur


24-01-2014, 13:13
Azərbaycan müharibə tədarükündə - Ehtiyatda olan zabitlər səfərbər olunur
DİA.AZ: - Son günlər Azərbaycanla Ermənistanın sərhədində vəziyyətin gərginləşməsindən sonra Müdafiə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb.

Xəbərə görə, hazırda ehtiyatda olan zabitlərin qeydiyyata alınması prosesi başlayıb. Bu barədə adının açıqlaasını istəməyən ehtiyatda olan zabit məlumat verib: “Ehtiyatda olan zabitlərin yenidən sənədləşdirilməsi aparılır. Şəxsən məni yenidən qeydiyyata aldılar. Daha niyəsini izah etmədilər”.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, ümumrespublika üzrə səfərbərliyin elan olunması zərurəti də yarana bilər. Yəni vəziyyət o qədər gərgindir və müharibə qapımızdadır.

Məlumatı verən mənbə iddia edir ki, hazırda peşəkarların toplanışına start verilib: «Əsasən müharibə təcrübəsi olanlar ilk əvvəl çağırışa cəlb olunacaq. Müharibə artıq qaçılmazdır. Cəbhə xəttində əməliyyatlar intensivləşib. Hər iki tərəfin diversiya qrupları hərəkətdədir.

Ermənilər hətta Suriyadan gələnləri belə döyüşə cəlb ediblər. Hazırda İrəvanda Suriya ermənilərindən ibarət bir batalyon yaradılıb ki, həmin batalyon cəbhə xəttinin ön sıralarına yerləşdirilib».

Geri qayıt